Sabah təlim-məşq toplanışına başlayacaq 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının (U-17) heyətində dəyişiklik edilib.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, “Sabah”ın yarımmüdafiəçisi İbrahim Xəlilov zədələndiyi üçün heyətdən kənarlaşdırılıb. Onun yerinə “Qarabağ”ın üzvü Kənan İsmayılov milliyə dəvət olunub.
Qeyd edək ki, U-17 millimiz martın 17-dən 19-dək Bakıda, 20-dən 27-dək Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışı keçəcək. Komandamızın martın 23-də və 26-da Belarusun müvafiq yaş qrupundan ibarət kollektivi ilə iki yoxlama görüşü təşkil olunacaq.


