U-18 millimizin Qəbələdə toplanışı olacaq

18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-18) bu ay Qəbələ şəhərində təlim-məşq toplanışında olacaq.

Arena.az bu barədə AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir.

Hazırlıq prosesi sentyabrın 16-dan 24-nə qədər davam edəcək.
U-18 yığmamızın hazırlıq çərçivəsində yerli klublarla 2 yoxlama görüşü keçirməsi nəzərdə tutulub.

Baş məşqçi Füzuli Məmmədov bu toplanışa 24 futbolçu dəvət edib:

  1. Həbib Hüşənov – Qəbələ
  2. Teymur Həsənov – Qarabağ
  3. Aftandil Arıxov – Sumqayıt
  4. Rafael Hüseynov – Marcet (İspaniya)
  5. Əkbər Məhərrəmov – Sabah
  6. Məsud Əlişanlı – Qarabağ
  7. Cavid Məlikov – Qarabağ
  8. Murad Mustafayev – Neftçi
  9. Rəşad Alışov – Qarabağ
  10. Seydi Danziyev – Sabah
  11. Ramin Əvəzov – Sabah
  12. İsmayıl Ələkbərov – Marcet (İspaniya)
  13. Babamirzə Mehdiyev – Sabah
  14. Elnur Cabbarlı – Sumqayıt
  15. Emin Feyzullayev – Sabah
  16. Adıgözəl Əkbərov – Araz-Naxçıvan
  17. Murad Məmmədov – Neftçi
  18. Əmir Əliyev – Sabah
  19. Nazim Hüseynov – Araz-Naxçıvan
  20. Ziya Şəkərxanov – Qəbələ
  21. Əliəkbər Rzazadə – Qarabağ
  22. Fariz Hüseynov – Səbail
  23. Nicat Quliyev – Turan Tovuz
  24. Röyal Fərzullazadə – Neftçi
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: