U-18 yığmamız “Qaradağ Lökbatan”la bacarmadı

Avqustun 22-dən Bakıda təlim-məşq toplanışında olan 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-18) yoxlama oyunu keçirib.

Arena.az xəbər verir ki, baş məşqçi Elxan Abdullayev hazırlıq çərçivəsində yetirmələrini “Qaradağ Lökbatan”la oyunda sınaqdan keçirib.

Birinci Liqa təmsilçisi ilə görüş yığma komandamızın 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

Xatırladaq ki, U-18 yığmamızın bu toplanışına adları aşağıda qeyd olunmuş bu 23 futbolçu dəvət olunub:

Məmmədzadə Sadiq – Səbail
Mehdizadə Fəyyaz – Sabah
Ağamalıyev Murad – Sumqayıt
Əmirov Emil – Qəbələ
Əliyev Nihad – Qarabağ
Bağırzadə Ceyhun – Qəbələ
Qaraəhmədli Rəvan – Zirə
Nəbiyev Surxay – Neftçi
Abdiyev Nurhan – Zirə
Mahmudzadə Taleh – Neftçi
Rəhimov Allahverdi – Kəpəz
Cəfərli İlkin – Sabah
Bağırov Dinamin – Turan Tovuz
Ramazanov Qədir – Qəbələ
Cəbiyev Anar – Sabah
Əhmədzadə Nihad – Sumqayıt
Mikayılov Elton – Qarabağ
Mürsəli Xəlil – Sabah
Əmirəhmədov Vüsal – Sabah
Zeynallı Raul – Səbail
Osmanov Niyazi – Sabah
Şahhüseyni Fərid – Səbail
Əsgərov Azad – Səbail

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: