UEFA Gənclər Liqası: “Qarabağ” “Ayaks”a biabırçı hesabla uduzdu

“Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasının 2025/2026 mövsümünün əsas mərhələsində bu gün sonuncu oyununa çıxıb.

Arena.az xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv Bakıda Niderland təmsilçisi “Ayaks”ın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.

Görüş “Azərsun Arena”da baş tutub. Əsas mərhələnin 6-cı turunun matçını macarıstanlı FIFA referisi Marton Ruş idarə edib. Görüş Azərbaycan təmsilçisi üçün uğursuz alınıb. Ağdam klubu yekunda 0:8 hesablı məğlubiyyətə üzülüb.

Qeyd edək ki, əvvəlki oyunlarının hamısında məğlub olmuş “Qarabağ”ın U-19 komandası yarışı sonuncu – 35-ci pillədə başa vurub. Norveçin “Bodo Qlimt” və İngiltərənin “Nyukasl” komandaları da hazırda xalsızdırlar. Lakin onlar hələ son oyunlarını keçirməyiblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: