UEFA Millətlər Liqasında qrup mərhələsinin 2-ci turu yekunlaşdı

Bu gün futbol üzrə UEFA Millətlər Liqasında qrup mərhələsinin 2-ci turuna yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə A və B Liqaları çərçivəsində ümumilikdə 4 qarşılaşma baş tutub.

A Liqasının 4-cü qrupunda Niderland yığması Uels millisinin qonağı olub. Üç qolun qeydə alındığı matç qonaq komandanın qələbəsiylə yekunlaşıb.

Belçika millisi isə Polşa yığmasını qəbul edib. Hesabı qonaqların açdığı və yeddi qolun qeydə alındığı bu oyunda meydan sahibləri darmadağına seviniblər.

B Liqasının 1-ci qrupunda Ermənistan yığması səfərdə Şotlandiya millisi ilə qarşılaşıb. Qonaqlar bu oyunda 2 cavabsız qola üzülüblər.

Ukrayna isə İrlandiya ilə üz-üzə gəlib. Şotlandiya kimi, ilk oyununa çıxan Ukrayna futbolçuları da yeni mövsümə uğurlu start veriblər.

UEFA Millətlər Liqasında qrup mərhələsinin 3-cü turuna iyunun 9-da start veriləcək.

UEFA Millətlər Liqası
Qrup mərhələsi, 2-ci tur
8 iyun

A Liqası, 4-cü qrup

Uels – Niderland 1:2
Qol: Norrinqton, 90+2 – Kopmeyners, 50. Veqorst, 90+4.

Belçika – Polşa 6:1
Qol: Vitsel, 32. De Bruyne, 59. Trossar, 73; 80. Dendonker, 83. Openda, 90+3 – Levandovski, 28.

Xal durumu: Niderland – 6, Belçika – 3, Polşa – 3, Uels – 0

B Liqası, 1-ci qrup

Şotlandiya – Ermənistan 2:0
Qol: Ralston, 28. Makkenna, 40.

İrlandiya – Ukrayna 0:1
Qol: Tsiqankov, 48.

Xal durumu: Şotlandiya – 3, Ermənistan – 3, Ukrayna – 3, İrlandiya 0

Xəbəri sosial şəbəkələrdə paylaş: