Bu gün futbol üzrə UEFA Millətlər Liqasında 2024/2025-ci illər mövsümünün qrup mərhələsində 3-cü tura yekun vurulub.
Arena.az xəbər verir ki, turun sonuncu oyun günündə A, B və C Liqaları çərçivəsində 8 qarşılaşma baş tutub.
A Liqasının 1-ci qrupunda mübarizə aparan Portuqaliya yığması Polşa milli komandasının qonağı olub və inamlı qələbəyə sevinib. Qrupun digər oyununda Xorvatiya yığması Şotlandiya millisini xalsız yola salıb.
4-cü qrupda yer alan sonuncu Avropa çempionu İspaniya isə doğma meydanda Danimarkanı sınağa çəkib və tək qolla vacib qələbə qazanaraq qrupun vahid liderliyini ələ keçirib. Bu qrupun digər oyunu Serbiya və İsveçrə yığmaları arasında baş tutub. Meydan sahibləri bu oyunda inamlı qələbəyə seviniblər.
UEFA Millətlər Liqasında qrup mərhələsinin 4-cü turuna sabah start veriləcək.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, 3-cü tur
12 oktyabr
A Liqası, 1-ci qrup
Xorvatiya – Şotlandiya 2:1
Qollar: Matanoviç, 36. Kramariç, 70 – Kristie, 33.
Polşa – Portuqaliya 1:3
Qollar: Zelinski, 78 – B.Silva, 26. Ronaldo, 37. Bednarek, 88-öz qapısına.
Xallar: Portuqaliya – 9. Xorvatiya – 6. Polşa – 3. Şotlandiya – 0.
A Liqası, 4-cü qrup
Serbiya – İsveçrə 2:0
Qollar: Elvedi, 45+1-öz qapısına. Mitroviç, 61.
İspaniya – Danimarka 1:0
Qol: Subimendi, 79.
Xallar: İspaniya – 7. Danimarka – 6. Serbiya – 4. İsveçrə – 0.
C Liqası, 2-ci qrup
Litva – Kosovo 1:2
Qollar: Qolubiçkas, 84 – Jeqrova, 20. Krasniqi, 65.
Kipr – Rumıniya 0:3
Qollar: Man, 16. Marin, 25-pen. Draquşin, 36.
Xallar: Rumıniya – 9. Kosovo – 6. Kipr – 3. Litva – 0.
C Liqası, 3-cü qrup
Bolqarıstan – Lüksemburq 0:0
Belarus – Şimali İrlandiya 0:0
Xallar: Belarus – 5. Bolqarıstan – 5. Şimali İrlandiya – 1. Lüksemburq – 1.


