UFC prezidenti Dana Uayt hazırda ən məşhur UFC döyüşçülərindən üçünün adını açıqlayıb. Arena.az xəbər verir ki, o, bu barədə Mayk Tayson ilə “Hotboxin” podkastında danışıb:
“Hazırda UFC-də olan döyüşçülərdən birini seçsəniz, bu, ilk növbədə İsrael Adesanyadır. O, bizim böyük ulduzumuzdur. Onda xoşladığım cəhət döyüşməyi sevməsidir. O, ildə bir neçə dəfə çıxış etməyə hazırdır. Hələ Aleks Volkanovski də var, əsl vəhşi. Həmzət Çimayev də böyük ulduzdur, onun döyüşlərinə həqiqətən baxmaq istəyirlər. Həm də onun qarşıda Paulo Kosta ilə görüşü var”, deyə Dana Uayt bildirib.
Çimayevin son döyüşü UFC 279-da orta çəki dərəcəsində (81,65 kq-a qədər) amerikan Kevin Holland ilə olub. Əvvəlcə çeçenəsilli isveçli döyüşçünün yarımorta çəki dərəcəsində Neyt Diazla qarşılaşması nəzərdə tutulsa da, rəqibin çəkisi ilə bağlı problemlər səbəbindən Çimayev turnirdən bir gün əvvəl dəyişdirilməli olub.


