Vensan Kompani “Holştayn Kil” üzərində darmadağını şərh etdi

“Bayern”in baş məşqçisi Vensan Kompani Bundesliqanın 3-cü turunda “Holştayn Kil” üzərindən səfər qələbəsini (6:1) şərh edib.

Arena.az “Bayern & Germany” dərgisinə istinadən, belçikalı mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Biz yarış cədvəlinə fikir vermirik. Bu gün gözəl bir qələbə qazandıq və yaxşı oyun nümayiş etdirdik. Bu uğur bizim zehniyyətimiz üçün vacibdir. Mövsümün əvvəlindən işimizə düzgün münasibət göstəririk. Bu gün biz əmin olduq ki, güclü heyətə malikik və eyni ruhda davam etməliyik.

Söhbət təzyiqə gəldikdə, mənim üstünlük verdiyim xüsus futbolçulardır. Klub ətrafında baş verənlərin əhəmiyyəti yoxdur. Mənim işim komanda ilə işləməkdir. Biz qalib gələndə və yaxşı oynayanda mən xoşbəxtəm. Yoxsa, yatmaqda da çətinlik çəkirəm. Əlqərəz, klub ətrafındakı şəraitdən asılı olmayaraq, mən rahat yatıram”, deyə Vensan Kompani vurğulayıb.

3 turdan sonra “Bayern” 9 xalla Almaniya Bundesliqasının yarış cədvəlinə başçılıq edir. Xalsız “Holştayn Kil” isə yarış cədvəlinin sonuncu, 18-ci pilləsindədir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: