Vensan Till rəsmən “Sabah”da – Video

Futbol üzrə Lüksemburq millisinin və Ukraynanın “Vorskla” (Poltava) klubunun yarımmüdafiəçivi Vensan Till “Sabah”a transfer olunub.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sabah” daha bir futbolçuyla anlaşıb. Lüksemburqlu yarımmüdafiəçi Vensan Till ilə 2 illik müqavilə imzalanıb.

23 yaşlı futbolçu Fransanın “Mets” klubunun yetirməsidir. O, karyerası ərzində bu klubun əsas və əvəzedici komandasında (2016-2018), həmçinin Fransanın “Po” (2018-2019), “Orleans” (2019-2020), Portuqaliyanın “Nasional” (2020-2021) klublarında çıxış edib. 2021-ci ildə Ukraynanın “Vorskla” klubuna transfer edilən futbolçu, son iki mövsümdə icarə əsasında İsveçin “Örebro” (2022) və AİK (2022-2023) klublarında oynayıb. Lüksemburq millisinin də üzvü olan Till, yığma komandanın heyətində 48 oyun keçirib, 3 qola imza atıb.

“Sabah”ın yeni transferi bu komandada 12 nömrəli formada çıxış edəcək.

“Sabah” daha öncə Rəhman Daşdəmirov, Sofian Çakla və Jarl Marqaritanın da transferini rəsmiləşdirmişdi. Şakir Seyidov isə “Turan Tovuz”dan icarədən qayıdıb. Kristian da Silva ilə yeni müqavilə bağlamış paytaxt klubu Abdulaye Ba, Zurab Oçiqava və Bəxtiyar Həsənalızadə ilə də yollarını ayırıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: