Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Albaniyanın “Eqnatiya” komandasının heyətində növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 10-cu turu çərçivəsində “Skenderbeu” ilə qarşılaşıb.
“Eqnatiya” rəqib meydanında baş tutan qarşılaşmadan 1:1 hesablı heç-heçə ilə ayrılıb.
Vüsal bu matça start heyətdə başlayıb və sonadək mübarizə aparıb. Komandasının yeganə qolunu da 3-cü dəqiqədə hesabı açmış İsgəndərli vurub. Azərbaycanlı futbolçu 53-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
“Eqnatiya” 10 turdan sonra 20 xalla 10 iştirakçı arasında zirvədə qərarlaşıb.
Xatırladaq ki, Vüsal İsgəndərli “Eqnatiya”ya bu yay “Sumqayıt”dan transfer olunub. 27 yaşlı futbolçu Albaniya klubu ilə 3 illik müqavilə bağlayıb. O, sözügedən komandada indiyə qədər 12 oyuna çıxıb, 3 qola imza atıb, 1 məhsuldar ötürmə müəllifi olub.
Vüsalın qol vurduğu matçın icmalını bu linkə keçid etməklə izləyə bilərsiniz.


