Vüsal Məsimov rəsmən “Kəpəz”də!

Üç gün öncə “Turan Tovuz”dan ayrılan sol cinah müdafiəçisi Vüsal Məsimov bundan sonra “Kəpəz”in uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, artıq Gəncə təmsilçisi yeni transferini rəsmən açıqlayıb.

23 yaşlı futbolçu yeni klubu ilə 1 illik müqaviləyə imza atıb.

Vüsalın məhz Gəncə təmsilçisindən təklif aldıqdan sonra bu yay yeni müqavilə bağladığı “Turan Tovuz”dan ayrılmağa qərar verdiyi bildirilir. Bunda onun Tovuz komandasında çox şans qazana bilməməsi də böyük rol oynayıb.

Xatırladaq ki, Vüsal Məsimov 2022-ci ilin iyul ayında “Qəbələ”dən Tovuz klubuna keçmişdi. 23 yaşlı müdafiəçi əyalət təmsilçisində cəmi 11 oyuna çıxıb. “Qəbələ”nin yetirməsi 2021/2022 mövsümündə icarə əsasında “Kəpəz”in də formasını geyinib. Bir sözlə o, Gəncə təmsilçisi üçün yad sima deyil.

“Kəpəz” daha öncə Vurğun Hüseynov, Rüfət Əhmədov, Əli Səmədov, Ehtiram Şahverdiyev, Elmir Tağıyev, Olavale Onanuqa, Bəxtiyar Həsənalızadə, Vladislav Vasilyuçek və Latir Fall kimi futbolçuları da heyətinə qatmışdı.

Elçin Əlicanov, Yeqor Xvalko, Tural Rzayev, Kamran İbrahimov, Mate Krivkviya və Elnur Cəfərov da Gəncə klubu ilə yeni müqavilə bağlayıb.

Yusif Nəbiyev, Fərid Nəbiyev, Salif Sisse, Mario Mustapiç, Orxan Sadıqlı, Georgi Kantariya, Ahmed Ayzaya, Nicat Süleymanov və Zamiq Əliyev isə komandanı tərk ediblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: