“Bayer”in baş məşqçisi Xabi Alonso Almaniya Bundesliqasının yeni mövsümünün qalibi olmaq uğrunda mübarizənin favoritini açıqlayıb.
Arena.az “Sky Sport Germany” dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Mən bizi favorit hesab etmirəm. “Bayern” qənimət uğrunda ən yaxşı imkanlara malikdir. Mövsümə yaxşı başlamaq və gözəl futbol oynamaq niyyətindəyik. Məqsədimiz ilk dördlükdəki yerimizi qorumaqdır. Bu, olduqca gerçəkdir. “Bayer”in yaxşı heyəti var ki, onunla oyundan oyuna hərəkət etmək olar”, deyə Alonso bildirib.
Xatırladaq ki, “Bayer” Bundesliqanın 2023/2024-cü illər mövsümündə 34 oyunda bir dəfə də məğlub olmadan rekord müəyyənləşdirib. Nəticədə bu klub 90 xalla tarixində ilk dəfə çempion olub. Cari mövsümə isə “Bayer” ötən gecə Mönhenqladbax “Borussiya”sı üzərindəki qələbə ilə start verib – 3:2.


