Xaqani Məmmədov 2 illik şərti cəza aldı

“Araz-Naxçıvan”ın məşqçisi Xaqani Məmmədov AFFA İntizam Komitəsi tərəfindən 2 il müddətinə şərti cəzalandırılıb.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Belə ki, bu gün AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. Toplantıda Premyer Liqada son klubu “Araz-Naxçıvan” olan Xaqani Məmmədovla bağlı məsələ müzakirə olunub. 48 yaşlı məşqçi “Oyunların toxunulmazlığı” Komissiyasının təlimatını pozduğuna görə 2 il müddətinə şərti cəzalandırılıb. Sınaq müddəti 24 ay təyin edilib.

Qeyd edək ki, Xaqani Məmmədov ötən mövsüm əvvəl “Qəbələ”də, sonra “Araz-Naxçıvan”da çalışıb. Elmar Baxşıyevin köməkçisi kimi çalışan mütəxəssisin futbol matçlarına mərc qoyuluşu etdiyi iddia olunur. Lakin AFFA İntizam Komitəsi Məmmədovun hansı təlimatları pozduğunu dəqiq açıqlamır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: