“Barselona”nın baş məşqçisi Xavi Çempionlar Liqasını qazanacağı təqdirdə Kataloniya komandasında qalıb-qalmayacağı sualını cavablayıb.
Arena.az məşhur italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən, ispaniyalı mütəxəssisin müvafiq xüsusda cavabını təqdim edir:
“Siz məndən soruşursunuz ki, Çempionlar Liqasını qazansaq, qalacağammı… Xeyr, qalmayacağam. Mənim gələcəyim dəyişməyəcək. Cavabım dəyişməyəcək. Mövsümün sonunda gedəcəyəm. Bəli, gələn mövsüm Çempionlar Liqasından həzz alacağam, amma bir azarkeş kimi”, deyə Xavi vurğulayıb.
Xatırladaq ki, martın 12-də Xavinin “Barselona”sı Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda evdə “Napoli”ni 3:1 hesabı ilə məğlub. edib. Qələbə nəticəsində “blauqrana” cütün qalibi olub (ilk oyun: 1:1, ümumi nəticə: 4:2) və yarışın 1/4 final mərhələsinə vəsiqəsini təmin edib.


