Xose Pekerman Fernando Batista ilə əvəzləndi

Futbol üzrə Venesuela milli komandasının baş məşqçisi Xose Pekerman tutduğu vəzifədən azad edilib. Arena.az xəbər verir ki, bu barədə Venesuale Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Pekermanın əvəzində baş məşqçi postuna Fernando Batista gətirilib. Argentinadan olan 52 yaşlı mütəxəssislə 3.5 il müddətinə – DÇ-2026-nın sonuna qədər müvaqilə imzalanıb.

Fernando Batista 2021-ci ildən Venesuela yığmasında köməkçi məşqçi kimi çalışırdı. Cənubi amerikalı məşqçilik karyerasına Ermənistanda başlayıb. O, bu ölkənin U-18 və U-19 yığmalarına rəhbərlik edib. Batista daha sonra Argentinanın U-20 və U-23 yığmalarını da çalışdırıb.

Xose Pekerman isə 2021-ci ilin dekabr ayından Venesuela yığmasına rəhbərlik edirdi. O, bu komandanı bütövlükdə 10 oyuna çıxarıb. Bu matçlarda 5 qələbə qazanan milli komanda 1 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb. Venesuela millisi Cənubi Amerika Futbol Konfederasiyasının dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilməyən yeganə komandası olub. Argentinalı mütəxəssis məşqçilik karyerasının ilk illərində ölkəsinin U-17, U-20 və U-23 yığmalarına rəhbərlik edib. O, 2004-2006-cı illər aralığında Argentinanın əsas millisini də çalışdırıb. Venesiela yığmasından əvvəl Kolumbiya millisinə də rəhbərlik etmiş 73 yaşlı məşqçi, Meksikada “Toluka” və “Tiqres UANL” klublarının da uğurları üçün çalışıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: