Xulian Malatini “Verder”də – Rəsmi

Argentinanın “Defensa” klubunun mərkəz müdafiəçisi Xulian Malatini tamhüquqlu əsasda “Verder”in heyətinə qatılıb.

Arena.az bu barədə Almaniya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

Transfer “musiqiçilər”ə 2 milyon avro müqabilində baş gəlib. Bremen təmsilçisi müqavilə müddəti haqda məlumatı hələ açıqlamayıb.

Malatini “Verder”də 22 nömrəli formanı geyinəcək.

Xulian Malatini “Talyeres”in yetirməsidir. Bir müddət “Defensa”da icarədə çıxış etdikdən sonra “Talyeres” Malatinini tamhüquqlu əsasda “Defensa”ya satıb.

Geridə qalmış 2022/2023 mövsümündə Malatini “Defensa”nın heyətində məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 41 oyun keçirib.

Malatini Argentinanın U-23 yığmasına dəvət alsa da, hələ debüt etməyib.

“Transfermarkt” internet portalı 22 yaşlı argentinalı müdafiəçinin transfer dəyərini 1,70 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: