Xviça Kvaratsxeliya: “Qızıl top”a namizədliyim xoşdur”

“Napoli”nin və Gürcüstan yəğmasının sol cinah vingeri Xviça Kvaratsxeliya “Qızıl top”a namizədlərdən olmasını şərh edib.

Arena.az bu barədə “Championat” dərgisinə istinadən məlumat verir:

“Qızıl top”a namizəd olduğum üçün çox şadam. Amma bu gün bütün fikirlərim yalnız İspaniya ilə sabahkı oyun haqdadır”, deyə Kvaratsxeliya peşəkar mövqe nümayiş etdirib.

Xatırladaq ki, AÇ-2024-ün təsnifat mərhələsi çərçivəsində Gürcüstan və İspaniya yəğmalarının oyunu bu gün – sentyabrın 8-də keçiriləcək.

Kvaratsxeliya həmçinin 2023-cü il gənclər arasında Avropa çempionatında Gürcüstanın gənclərdən ibarət yığma komandasının heyətində oynaya bilmədiyi haqda danışıb:

“Gənclərdən ibarət komandadan heç kim Avropa çempionatını buraxdığım üçün məndən incik deyil. Artıq demişdim ki, çox yorğun idim. Üstəlik, bizim gənclərdən ibarət yığmamız artıq oyun uyğunluğunu tapmışdı və mən ancaq müdaxilə edib mane ola bilərdim. “Napoli” tərəfindən heç bir təzyiq olmayıb”, deyə Kvaratsxeliyaya açıqlayıb.

Xatırladaq ki, Gürcüstan turnirin ev sahibi olub. Heyətində Kvaratsxeliyanın yer almadığı Gürcüstanın gənclərdən ibarət komandası Portuqaliya, Hollandiya və Belçika yığmalarının mübarizə apardığı qrupun qalibi olub. 1/4 finalda gürcülər əsas vaxtı “quru” hesabla başa çatmış oyunda İsrail yığmasınıa penaltilər seriyasında 3:4 hesabı ilə məğlub olaraq, mübarizəni dayandırıblar.

Geridə qalmış 2022/2023 mövsümündə Kvaratsxeliya “Napoli”nin heyətində 43 oyuna çıxıb, 14 qol vurub, 17 məhsuldar ötürmə verib. Xviça “Napoli” ilə İtaliya çempionluğunu qazanmaqla yanaşı, turnirin ən dəyirli oyunçusu seçilib və 10 qol ötürməsi ilə çempionaın ən yaxşı məhsuldar ötürmələr ustası olub. Gürcü vinger yenicə başlamış cari mövsümdə “Napoli”nin heyətində 2 oyun keçirib, 1 məhsuldar ötürmə verib.

Kvaratsxeliyanın “Napoli” ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Xviça Kvaratsxeliya 2019-cu ilin iyun ayında debüt etdiyi Gürcüstan yığmasının heyətində 22 oyun keçirib, 10 qol vurub, 6 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 22 yaşlı Kvaratsxeliyanı 85 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: