Ötən gecə dünyanın yaşıl meydanlarında milli komandalar səviyyəsində bir neçə yoxlama oyunu keçirilib. Arena.az xəbər verir ki, AÇ-2024-ün seçmə mərhələsində Azərbaycan millisinin rəqiblərindən olan Avstriya yığması da sınaq matçı keçirib.
Seçmə mərhələnin 5-ci turunda istirahət edən bu komanda Moldova yığması ilə qarşılaşıb. Tərəflər meydanı heç-heçə ilə tərk ediblər.
Rusiya yığması Misir U-23 milli komandası ilə bərabərliyə razılaşıb. Norveç millisi isə İordaniya ilə görüşdə 6 cavabsız qola sevinib.
Yoxlama oyunu
7 sentyabr
Banqladeş – Əfqanıstan 1:1
Kambociya – Honq Konq 1:1
Bəhreyn – Küveyt 1:3
Qətər – Keniya 1:2
Bolqarıstan – İran 0:1
Misir U-23 – Rusiya 1:1
Norveç – İordaniya 6:0
Avstriya – Moldova 1:1
Uels – Cənubi Koreya 0:0


