“Yuventus”un sabiq üzvü barəsində iki cinayət üzrə iş açıldı

Niderland prokurorluğu “Yuventus”un sabiq, hazırda Praqa “Slaviya”sının yarımmüdafiəçisi Məhəmməd İhattaren barəsində iki cinayət işi açıb.

Arena.az bu barədə AD dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, işin bir hissəsi İhattarenin 2023-cü ilin fevralında sevgilisinə hücum etməsi ilə bağlıdır. Bundan sonra qadın polisə müraciət edib və 21 yaşlı futbolçu həbs edilib. Tezliklə qadın ifadəsini geri götürmək istəyib və cütlük daha sonra 2023-cü ildə evlənib. İhattarenin mühakimə edildiyi başqa bir cinayət işi “təhdidlərə təhrik etmək cəhdi” əsasındadır. İhattarenin işi üzrə məhkəmənin vaxtı hələ açıqlanmayıb.

Məhəmməd İhattaren “SV Hauten”də futbola qədəm qoyub və buradan PSV-nin yeniyetmələr komandasına qoşulub. Ardınca əsas komandaya düşməyi bacarmış futbolçu tamhüquqlu əsasda “Yuventus”a keçib. Ardınca İhattaren “Sampdoriya” və “Ayaks”da icarə əsasında çıxış edib. 2023-cü ilin iyulunda Turin klubundan azad agant qismində ayrılan yarımmüdafiəçi elə, həmin ilin dekabrında Praqa “Slaviya”sına keçib.

Cari mövsümdə İhattaren “Slaviya”nın heyətində heç bir oyun keçirməyib.

İhattaren böyük futbolda “Ayaks”la 2021/2022 mövsümü Niderland çempionluğunu qazanıb.

Məhəmməd İhattaren Niderlandın U-15, U-16, U-17, U-19 yığmalarında oyun təcrübəsinə malikdir. Yarımmüdafiəçi Niderlandın əsas yığmasına dəvət alsa da, hələ debüt etməyib.

“Transfermarkt” internet-portalı 21 yaşlı holland yarımmüdafiəçinin transfer dəyərini 300 min avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: