Futbol üzrə Azərbaycan Birinci Divizionunda 21-ci tura yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günün bir qarşılaşma baş tutub.
Turun qapanış matçında liderlər qrupunda qərarlaşan “Zaqatala”, doğma meydanda MOİK ilə üz-üzə gəlib. Üç qolun qeydə alındığı oyunda çətin qələbəyə sevininə Zaqatala təmsilçisi, zirvədəki mövqeyini qoruyub. Hazırda həm “Zaqatala”nın, həm də ikinci pillədə qərarlaşmış “Neftçi”nin ikinci komandasının hesabında 46 xal var. “Turan Tovuz” isə 43 xalla üçüncü pillədə qərarlaşıb.
Birinci Divizion
21-ci tur
13 aprel
Zaqatala – MOİK 2:1
Qol: Roini İsmayılov, 7. Əsədulla Heydərov, 90+4 – Hüseyn Hüseynli, 82.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Rauf Allahverdiyev.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 15:30.
Turun digər oyunları:
Turan Tovuz – Sumqayıt-2 3:0
Qaradağ Lökbatan – Kəpəz 2:1
Sabah-2 – Qarabağ-2 2:0
Neftçi-2 – Keşlə-2 4:0


