Zümrüd Ağayeva üçün UEFA-dan ilk təyinat

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA tərəfindən təyinat alıb.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Belə ki, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Macarıstan – Qazaxıstan oyununun UEFA nümayəndəsi Zümrüd Ağayeva olacaq.

Sözügedən qarşılaşma sentyabrın 7-də Macarıstanın Seqed şəhərində keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: