Azərbaycanlı FIFA referisi Əliyar Ağayev futbol üzrə Avropa Liqasının 2025/2026-cı illər mövsümünün oyununa təyinat alıb.
Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.
Belə ki, Ağayev Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək RFS (Latviya) – “KuPS Kuopio” (Finlandiya) oyununun baş hakimi olacaq. Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. İngiltərəli Maykl Selisberi VAR, digər referimiz İnqilab Məmmədov isə AVAR kimi fəaliyyət göstərəcək.
Qarşılaşma avqustun 7-də Riqa şəhərində yerləşən “LNK Sporta Parks” stadionunda keçiriləcək.


