Əliyar Ağayev Yunanıstan Super Liqasına təyinat aldı

FİFA referisi Əliyar Ağayev Yunanıstan Super Liqasının oyununa təyinat alıb.

Arena.az xəbər verir ki, o, Super Liqanın 23-cü turunda VAR sisteminin tətbiq ediləcəyi “Atromitos” – AEL (Larissa) qarşılaşmasını idarə edəcək.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Əliyar Ağayev ertəsi gün keçiriləcək “Volos” – “Apollon Smyrnis” oyununda isə VAR hakimi olacaq.