2024-cü il Amerika Kubokunun Mayamidə keçirilmiş püşkatma mərasimində turnirin rəsmi topu ictimaiyyətə təqdim edilib.
Arena.az məlumat verir ki, “FIFA Quality Pro” kateqoriyasına uyğun olan top “PUMA Cumbre” adlanır.
“PUMA Cumbre” adı Amerika qitəsini keçən dağ silsiləsindən ilhamlanıb. Topun üzərindəki təsvirlərin tərtibatı qitənin formasına əsaslanır. 16 zolaq 2024-cü il Amerika Kubokunda iştirak edəcək ölkələrin ümumi sayını əks etdirir.
Tərtibat mükəmməl tarazlaşdırılmış çəki tarazlığını təmin etmək üçün 12 möhürlənmiş paneldən ibarətdir, böyüdülmüş və dərin tikişlər isə aerodinamikaya müsbət təsir göstərir. Bundan əlavə, PAL (PUMA Air lock – PUMA Hava kilidi) klapanı havanın saxlanmasını təmin edir”, – topun təsvirində deyilir.
Maraqlıdır ki, 2004-cü ildən 2021-ci ilə kimi turnirin rəsmi toplarını “Nike” şirkəti təmin edib.
2024-cü il Amerika Kuboku iyunun 20-dən iyulun 14-dək ABŞ-da keçiriləcək. Atlantada “Mercedes-Benz Stedium”da keçiriləcək açılış oyununda Argentina və Kanada – Trinidad və Tobaqo oyununun qalibi çıxış edəcək. Final oyunu 2024-cü il Avropa çempionatının finalı ilə eyni gündə keçiriləcək. Final görüşünü Mayami-Qardensdəki “Hard Rok Stedium” qəbul edəcək.
Turnir oyunları 14 şəhərin 14 stadionunda keçiriləcək.



