“Liverpul”un baş məşqçisi Arne Slot İngiltərə Premyer Liqasının 14-cü turunda “Nyukasl”la səfər heç-heçəsini (3:3) şərh edib.
Arena.az “Liverpul”un rəsmi saytına istinadən, niderlandlı mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Biz, ikinci hissədə hesabı bərabərləşdirəndə əla idik. Bizim uşaqlar çoxlu imkanlar, çoxlu xoş məqamlar yaratdılar. Amma son dəqiqələrdə qol buraxdıq. Bu, məyusedicidir. “Liverpul” bu oyunda 2 xal itirdi”, deyə Arne Slot vurğulayıb.
14 turdan sonra 35 xal toplamış “Liverpul” xal itkisinə rəğmən, Premyer Liqanın yarış cədvəlində zirvədəki mövqeyini qoruya bilib. “Nyukasl” isə 20 xalla 10-cu pillədədir.


