“Mançester Siti” azarkeşləri Çempionlar Liqasının Liqa mərhələsinin “Yuventus”la 6-cı tur oyununda oyuna baxmağa məcbur ediliblər.
Arena.az ESPN şəbəkəsinə istinadən məlumat verir ki, Turinin “Alyans” stadionunda “byankoneri”nin 2:0 hesabı ilə qələbə qazandığı oyunda ikinci qolun vurulmasında sonra, “şəhərlilər”in azarkeşləri tribunaları yavaş-yavaş tərk etməyə başlayıblar.
Elə, bu məqamda stadionun səsgücləndiriciləri vasitəsilə “Mançester Siti” azarkeşlərinə, çıxışlarına icazə verilənə qədər qonaq sektortakı yerlərində qalmaları bildirilib.
Bu qərarın səfərdə olan azarkeşlərin təhlükəsizliyi ilə bağlı ola biləcəyi güman edilir. Yerli azarkeşlərlə toqquşma təhlükəsini azaltmaq məqsədilə səfərdə olan azarkeşlər bir qayda olaraq nəzarət altında saxlanılırlar.
6 oyundan 8 xal toplamış “Mançester Siti” Çempionlar Liqasının Liqa mərhələsinin yarış cədvəlində 22-ci pillədə qərarlaşıb. “Yuventus” isə 11 xalla 14-cü pillədədir.


