Qvardiola “Mançster Siti”dəki böhran haqda söhbət açdı

“Mançester Siti”nin baş məşqçisi, ispan mütəxəssis Xosep Qvardiola “şəhərlilər”in düşərgəsindəki böhrandan söhbət açıb.

Arena.az “talkSPORT” radiosuna istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Mançester Siti” bu böhrandan çıxa bilərmi? Bu il bilmirəm. Mən səmimi olaraq inanıram ki, bu, böyük çətinliklərlə dolu bir il olacaq. Bizə sabitlik tapmaq gərəkdir. Ancaq bunun öhdəsindən gələ bilsək, bizim öhdəmizdən gəlmək asan olmayacaq”, deyə Qvardiola vurğulayıb.

Xatırladaq ki, “Mançester Siti” son 10 oyundan yalnız 1-də qalib gəlib.

15 turdan sonra 27 xal toplamış “Mançester Siti” İngiltərə Premyer Liqasının yarış cədəvlində 4-cü sırada qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: