“Liverpul”un baş məşqçisi Arne Slot İngiltərə Premyer Liqasının 17-ci turunda “Tottenhem” üzərində 6:3 hesablı səfər qələbəsini şərh edib.
Arena.az “Sky Sports” dərgisinə istinadən, niderlandlı mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Bu, çox möhtəşəm idi. Bu, yəqin ki, səfərdəki ən yaxşı çıxışımız idi. Tam üstünlük idi. Həm də çox yaxşı səfər oyunu idi.
Düşünürəm ki, bu oyunda daha çox qol vura bilərdik. Hər fürsətdə qol vurmaq olmaz, baxmayaraq ki, məncə, “Tottenhem” məhz bunu etdi!”, deyə Arne Slot məmnunluqla bildirib.
“Liverpul”un misirli ulduz hücumçusu Məhəmməd Salah da “Tottenhem” üzərində səfər qələbəsini şərh edib:
“Biz hücumda yaxşı oynadıq, amma müdafiədə komanda olaraq inkişaf etməliyik. Üç qol buraxmaq olduqca ağırdır. Bu, yaxşı nəticədir, ümidvaram ki, biz eyni ruhda davam edəcəyik”, deyə Salah vurğulayıb.
16 oyundan 39 xalla “Liverpul” İngiltərə Premyer Liqasının yarış cədvəlində zirvədə qərarlaşıb. “Tottenhem” isə 17 oyundan 23 xalla 11-ci yerdədir.


