“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “şəhərlilər”in klub rəhbərliyi tərəfindən gördüyü dəstək haqda söhbət açıb.
Arena.az “The Independent” dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Biz rəhbərliklə hər həftə danışırıq. Mən inanılmaz dəstəyi hiss edirəm. Pis bir xüsus baş verəndə biz qərarlar qəbul edirik, amma mən inanılmaz dəstək hiss edirəm.
Biz həmişə deyirik: “Yaxşı, olsun, vəziyyət belədir, yaxşılaşmaq, komandanı yaxşılaşdırmaq üçün nə edə bilərik? Gəlin, irəliyə doğru hərəkət edək, növbəti oyuna keçək”. Biz həmişə nikbin əhval-ruhiyyəmizi qoruyub-saxlamışıq”, deyə Qvardiola vurğulayıb.
17 oyundan 27 xalla “Mançester Siti” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Premyer Liqaya 16 oyundan 39 xalla “Liverpul” başçılıq edir.
Göründüyü kimi, “Mançester Siti”nin uğursuz çıxışları mənzərəsində “şəhərlilər”in çempinluq imkanları turbatur əriyir.


