Arne Slot: “Onların nə etdikləri üzərində nəzarətim var”

“Liverpul”un baş məşqçisi Arne Slot “qırmızılar”ın əsas ulduzlarının müqavilələri ilə bağlı vəziyyəti şərh edib.

Arena.az məlumat verir ki, 2025-ci ilin yanvar ayının 1-dən misirli hücumçu Məhəmməd Salah, niderlandlı müdafiəçi Vircil van Deyk və ingilis cinah müdafiəçisi Trent Aleksander-Arnold digər klublarla danışıqlar apara biləcəklər.

Niderlandlı mütəxəssis bu amildən narahat olmadığını, hələ də bu futbolçularının taleyinə nəzarət etdiyinə inanır:

“Mən düşünürəm ki, mənim, onların nə etdikləri üzərində nəzarətim var. Mən məşqçi olandan bəri futbolçuların başqa klublara keçməyi düşündükləri vəziyyətlər olub, bu, adi haldır. Hazırda mən Vircil, Trent və “Mo”nun meydanda onlardan gözlənilən xüsusu icra etdiklərini görməkdən məmnunam, amma bundan sonra nə olacağını görəcəyik”, – deyə Arne Slot jurnalistlərə açıqlamasında bildirib.

Xatırladaq ki, hər üç futbolçunun “Liverpul”la müqavilə müddəti 2025-ci ilin iyun ayının sonunda başa çatacaq.

Hazırda “Liverpul” 18 oyundan 45 xalla İngiltərə Premyer Liqasının yarış cədvəlinə başçılıq edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: