Argentinalı model və teleaparıcı Vanda Nara keçmiş əri, həmvətəni, “Qalatasaray”ın hücumçusu Mauro İkardiyə qarşı ittihamlar səsləndirib.
Arena.az Vandanın müvafiq çıxışını təqdim edir:
“O, məni intim videolarla təhdid edir, onda bunlar çoxlu olmalıdır. O, mənimlə 12 il yaşayıb, onun çarpayıma da yönəldilməsi daxil olmaqla 60-dan çox kamerası vardı”, deyə Nara bildirib.
Nara həmçinin İkardini, onu mətbuatda biabır etmək üçün jurnalistlərə 20 min dollar məbləğdən arıtq pul ödəməkdə ittiham edib. Bundan əlavə, Nara İkardinin yeni qadınını – argentinalı aktrisa, müğənni və model Çina Suaresi gətirdiyi, Naranın arzusunda olduğu evi almasından şikayətlənib. Vanda həmçinin hazırda “Sivasspor”da çıxış edən seneqallı hücumçu Keyta Balde ilə futbolçu Moskva “Spartak”ında çıxış edərkən, 2023-cü ildə münasibətdə olduğunu da təsdiqləyib. Nara bu münasibətin İkardidən ayrıldığı dövrdə baş verdiyini də açıqlayıb.
Daha əvvəl Vanda Nara ilə Mauro İkardinin boşandığı haqda məlumat yayılıb. Argentinalı model həmvətəni olan futbolçunu münasibətləri pozmaqda ittiham edib.


