İngiltərə nəhəngi “Mançester Yunayted” “qırmızı şeytanlar”ın düşərgəsində peyda olmuş çuğulun axtarışındadır.
Arena.az bu barədə “Daily Mail” dərgisinə istinadən məlumat verir.
İddiaya görə, Mançester təmsilçisinin futbolçuları rəsmi açıqlamalarından çox əvvəl oyunlar üçün heyətlə bağlı qərarları sızdırmaqla məşğul olan, komandaya yaxın həmin adamı axtarırlar.
Mənbənin məlumatına görə, oxşar məlumat sızıntısı halları “qırmızı şeytanlar”ın keçmiş baş məşqçisi, niderlandlı mütəxəssis Erik ten Haqın dövründə də baş verib. Bu, hazırda yeni baş məşqçi, portuqal mütəxəssis Ruben Amorimin rəhbərliyi altında da davam edir.
İndi, “Mançester Yunayted”in ən nüfuzlu oyunçularının “super xəfiyyələrə” çevrildiyi və mətbuata məlumat sızdırılmasına görə məsuliyyət daşıyan həmin şəxsi tapmağa çalışdıqları vurğulanır. “Qırmızı şeytanlar”ın bəzi oyunçuları isə öz nümayəndələrinə baş verənlərdə kimin təqsirkar olduğunu bildiklərini bildiriblər.
19 oyundan 22 xalla “Mançester Yunayted” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
İngiltərə Premyer Liqasına 18 oyundan 45 xalla “Liverpul” başçılıq edir.


