PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının 1/16 final mərhələsində “Brest”lə ilk – səfər oyunundan gözləntisini açıqlayıb.
Arena.az oyuna həsr edilmiş mətbuat toplantısında ispan mütəxəssisin bu barədə səsləndirdiyi fikri təqdim edir:
“Brest”lə oyunlar evdə və ya səfərdə olub-olmamasından asılı olmayaraq, həmişə çətin olublar. Bu, iki dəqiqə ərzində iki qol vura biləcək bir komandadır. Bu, çox mütəşəkkil komandandır. Bizə, 90 dəqiqə ərzində çox dəqiq hərəkət etmək və meydanın hər iki hissəsində səmərəli olmaq gərəkdir”, deyə Luis Enrike vurğulayıb.
Xatırladaq ki, “Brest” – PSJ oyunu bu gün, fevralın 11-də baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 21:45-də başladacaq.


