Luis Enrike: “Mançester Siti” ilə oyun bizim əl-qolumuzu açdı”

PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının 1/16 finalının ilk oyununda “Brest” üzərində 3:0 hesablı səfər qələbəsini şərh edib.

Arena.az ispan mütəxəssisin oyunsonrası mətbuat toplantısında bu barədə səsləndirdiyi fikri təqdim edir:

“Mən nəticədən məmnunam. “Brest”, son beş oyunda bizə səkkiz qol vurmuş bir komandadır və bizim mütəşəkkilliyimiz mənə xoş gəldi. Onlar bizə qol vura bilərdilər, xüsusilə künc zərbəsindən sonra. Bəxtimiz gətirdi. Nəticə, “Brest”in meydanda nümayiş etdirdiyini əks etdirmir.

Rəqəmlər özləri üçün danışırlar. Bizim sabitliyimiz var, bunun sayəsində komandam daha da yaxşılaşır. “Brest” bizə fəsadlar yaşatdı. Biz yaxşıca müdafiə olunduq. Bizim komandamız hücum üçün yaradılıb.

İndi bizim çox yaxşı bir silsiləmiz var. “Mançester Siti” ilə oyun (4: 2) bizim əl-qolumuzu açdı. Əminlik səviyyəmiz mütləq haldadır.
“Brest”lə cavab oyununu bir məşq olaraq qəbul etmək barəsində söhbət belə, gedə bilməz. Onlara qarşı son beş oyunun ikisində iki dəfə iki top fərqilə üstünlük əldə etdikdən sonra heç-heçə ilə barışmalı olmuşuq. Bizim məqsədimiz – bu oyunda qalib gəlib 1/8 finala çıxmaqdır. Biz məhz buna nail olmağa çalışacağıq”, deyə Luis Enrike qətiyyətlə vurğulayıb.

Xatırladaq ki, cavab oyunu çərçivəsində PSJ “Brest”i fevralın 19-da Parisdə qəbul edəcək.

Xəbəri paylaş:
Bizi izləyin: