PSJ Çempionlar Liqasında müstəsna rekorda imza atdı

UEFA Çempionlar Liqasının 1/16 final mərhələsinin “Brest”lə Parisdə keçirilmiş cavab oyunu PSJ üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, ilk oyunda 3:0 hesablı səfər qələbəsi qazanmış paytaxt təmsilçisi, evdəki cavab oyununda “Brest”in qapısına 7 cavabsız qol vuraraq, rəqibinin mötəbər yarışdakı çıxışına yağlı bir nöqtə qoyub.

Bu oyunda “Brest”in qapısını meydan sahiblərinin 7 müxtəlif futolçusu “dəlib” ki, bu da UEFA Çempionlar Liqasının müstəsna rekordudur. Belə ki, buna qədər Çempionlar Liqasının bir oyununda eyni komandanın yeddi müxtəlif oyunçusunun qol vurduğu hal olmamışdı.

PSJ-nin heyətində Bradli Barkola, Xviça Kvaratsxeliya, Vitinya, Dezire Due, Nunu Mendes, Qonsalo Ramos və Senni Meyulyu fərqləniblər.

Xatırladaq ki, Fransa çempionu UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində İngiltərənin “Liverpul” komandası ilə qarşılaşacaq. Fransa nəhəngi ilk oyunu martın 4/5-də evdə, cavab oyununu isə martın 11/12-də səfərdə keçirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: