Arne Slot “Liverpul”un yay transferləri ilə bağlı plan qurub

İngiltərənin “Liverpul” komandasının baş məşqçisi Arne Slot “qırmızılar”ın hansı mövqelərini gücləndirməyə ehtiyacı olduğunu bildirib.

Arena.az nüfuzlu italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən məlumat verir ki, niderlandlı mütəxəssis mücərrəd məlumatı ilə diqqət çəkib:

“İndi bizim, yay planlarına dair çox yaxşı təsəvvürümüz var. Mən məhz hansı mövqeləri gücləndirməyə üstünlük verdiyimiz haqda danışmayacağam. Amma aydındır ki, biz heyəti qiymətləndirmişik və nə ilə təkmilləşəcəyimizi başa düşmüşük. Bu, “Liverpul”un yayda can atacağı bir məqamdır”, deyə Arne Slot vurğulayıb.

Xatırladaq ki, cari mövsümdə “Liverpul” iki oyunçunu “qırmızılar”ın sırasına qatıb. 27 yaşlı italyan sağ cinah hücumçusu Federiko Kyeza və 24 yaşlı gürcü qapıçı Giorgi Mamardaşvili. Əlavə edək ki, “Liverpul” Mamardaşvilini elə, satın aldığı “Valensiya”ya cari mövsümün sonuna qədər müddətə icarəyə verib.

26 oyundan topladığı 61 xalla “Liverpul” İngiltərə Premyer Liqasının yarış cədvəlinə başçılıq edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: