Cuntoli Mottanın “Yuventus”dakı gələcəyi haqda danışdı

“Yuventus”un idman direktoru Kristiano Cuntoli “byankoneri”nin baş məşqçisi Tyaqo Mottanın klubdakı gələcəyi haqda danşıb.

Arena.az xatırladır ki, Mottanın “Yuventus”u Çempionlar Liqasında və İtaliya Kubokunda uğursuzluqla üzləşərək, bu iki yarışda iştirakına xitam verib.

“Motta”nı işi təhlükə altında deyil. Biz bu layihəyə inanırıq, çünki dəyər təsis edirik, bu da klub üçün vacib bir plandır. Üstəlik, biz bu mənzərədə Motta ilə tamamilə razıyıq ki, dünənki oyun (İtaliya Kubokunun 1/4 finalında “Empoli” ilə ev oyun: 1:1, penaltilərlə 2:4 – redaktorun qeydi) qəbuledilməz idi”, – nüfuzlu italyan jurnalist-insayder Fabritsio Romano “Yuve”nin idman direktoru Cuntolidən sitat gətirir.

İtaliya A Seriyasında isə “Yuventus” 26 oyundan 49 xalla yarış cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Xatırladaq ki, 42 yaşlı braziliyaəsilli italiyalı mütəxəssis Tyaqo Motta “Yuventus”u 2024-cü ilin iyul ayından çalışdırır. Mottanın “qoca sinyora” ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Bu müddətdə Motta “byankoneri”ni 39 oyuna çıxarıb, 17 qələbə, 16 heç-heçə və 6 məğlubiyyət yaşayıb. Komandanın top fərqi isə 63:39 nisbətindədir.

Motta “Yuventus”a qədər “Cenoa”, “Spetsiya” və “Bolonoya”nı çalışdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: