UEFA “Real”ı cərimələdi

UEFA-nın Apellyasiya Komitəsi Madrid “Real”ı haqqında müvafiq intizam qərarı qəbul edərək, İspaniya nəhəngini cərimələyib.

Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən məlumat verir.

“Real” Çempionlar Liqasının 1/16 final mərhələsinin “Mançester Siti” ilə Madriddəki cavab oyununda (3:1) “qaymaqlılar”ın azarkeşlərinin ayrıseçkilk davranışlarına görə, 30 min avro məbləğində cərimə ödəməyə mükəlləf edilib.

Vurğulanır ki, əgər “Real” azarkeşləri müvafiq davranışa bir daha yol versələr, klubun Madriddəki ev stadionu “Santyaqo Bernabeu”nun tribunaları qismən bağlanıla bilər.

Xatırladaq ki, Çempionlar Liqasının 1/8 finalına vəsiqə qazanmış “Real” bu mərhələdə Madrid “Atletiko”su ilə qarşılaşacaq. Komandalar arasında ilk oyun martın 4-də, cavab oyunu isə martın 12-də baş tutacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: