Flik “Real Sosyedad”la oyundakı darmadağını şərh etdi

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik İspaniya La Liqasının 26-cı turunun “Real Sosyedad”la ev oyunundakı qələbəni şərh edib.

Arena.az məlumat verir ki, “blauqrana” oyunun 17-ci dəqiqəsindən etibarən azlıqda qalmış rəqibini 4:0 hesabı ilə məğlub edib.

Flik matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Öz qapımızı toxunulmaz saxlaya bilməyimiz çox vacibdir, biz bu haqda həftə ərzində çox danışmışıq.

Biz hər şeyi çox yaxşı icra edirik. Əgər birinci hissədə azacıq artıq intizamımız olsaydı, biz daha da çoxlu qol vura bilərdik.

Mən uşaqlara görə çox şadam, xüsusilə Jerar Martinə və onun vurduğu qola görə. Bu, vacib addımdır. Robert Levandovskinin qolu? Qol vurmaq hücumçular üçün vacibdir, onun azacıq bəxti gətirdi, mən ona görə də şadam.

Biz həmişə nikbin baxışlara göz yetiririk, hər oyundan sonra biz daha da yaxşı olmağa çalışırıq. Biz gələcəkdə də məhz belə davranmaq isəyirik”, – “Diario Sport” dərgisi ispan mütəxəssisdən sitat gətirir.

Cari mövsümdə keçirdiyi 27 oyundan sonra “Barselona” 57 xalla İspaniya La Liqasının yarış cədvəlinə başçılıq edir. “Real Sosyedad” isə 34 xalla yarış cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: