Ruben Amorim: “MY nəyə qadir olacağını göstərdi”

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim Avropa Liqasının 1/8 finalının “Real Sosyedad”la cavab oyununu şərh edib.

Arena.az məlumat verir ki, səfərdəki ilk oyunda 1:1 hesablı heç-heçə oynamış “qırmızı şeytanlar”, cavab oyununda 4:1 hesablı qələbə sayəsində cütün qalibi olaraq növbəti mərhələyə adlayıblar.

Ruben Amorim matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Həftə çox dolğun idi. Biz, gələcəkdə nəyə qadir olacağımızı nümayiş etdirdik. Bu gün komandam möhtəşəm çıxış etdi, xüsusən fiziki səviyyədə. Avropa Liqasında hər şey fərqlidir – burada biz oyunun fizikasında əminliklə üstünlük saxlaya bilərik. Mürəkkəb, amma uğurlu həftə artıq geridədir”, – “The Guardian” nəşri portuqal mütəxəssisdən sitat gətirir.

Yarışın 1/4 finalına vəsiqə qazanmış “Mançester Yunayted” bu mərhələdə Lion “Olimpik”i ilə qarşılaşacaq. “Real Sosyedad” isə cari avrokubok mövsümündə iştirakını başa vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: