Mikel Arteta: “Çelsi” ixtiyari komanda ilə rəqabətə qadirdir”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 29-cu turunun “Çelsi” ilə ev oyunundan gözləntisini açıqlayıb.

Arena.az ispan mütəxəssisin mətbuat toplantısında bu barədə səsləndirdiyi fikrini təqdim edir:

“Mən onların mövsünöncəsi oyunlarını izləyəndən bəri, başa düşməyə başladım ki, Mareska necə işləyir və onların komandası hansı istedada malikdir. Onlar qələbələrə elə, əvvəlcədən namizəd idilər. Onlar çox şeyə malikdirlər. Hər şey vahid şəklə düşəndə, onlar rabitə, güc-qüvvət və sabitlik tapanda, düşünürəm ki, onlar ixtiyari komanda ilə rəqabət apara bilərlər. Mareska – əla məşqçidir. O, nə etmək istədiyini çox dəqiq başa düşür, nə istədiyini də çox dəqiq izah edir. Mənə, onun komandasının necə oynaması xoş gəlir”, deyə Mikel Arteta vurğulayıb.

“Arsenal” – “Çelsi” oyunu bu gün, martın 16-da keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 17:30-da başladacaq.

28 oyundan sonra “Arsenal” 55 xalla İngiltərə Premyer Liqasının yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Çelsi” isə 49 xalla 4-cü pillədədir.

Premyer Liqaya 29 oyundan 70 xalla “Liverpul” başçılıq edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: