Hansi Flik: “Real” haqda pis düşünmürəm, amma…”

“Barselona”nın baş məşqçisi Hansi Flik, daha əvvəl “Real”ı əsas gətirərək, “Barselona”nı səciyyələndirdiyi çıxışına şərh verib.

Arena.az xatırladır ki, daha əvvəl Hansi Flik, təqvimlə bağlı “Real” düşərgəsinin narazılığını cavablayarkən, “Biz “Barselona”yıq, “Real” deyilik, mən “Barsa” olduğumuzla fəxr edirəm”, demişdi.

Alman mütəxəssisin müvafiq açıqlaması birmənalı qarşılanmayıb. Əlavə edək ki, bu çıxışı müqabilində, “Real”ın italyan çalışdırıcısı Karlo Ançelotti də fürsət bularaq, “Hansi” Flikin “payını” vermişdi.
“Əlbəttə, mən Madrid “Real”ına və Ançelottiyə hörmət bəsləyirəm. O, gözəl insan və dünyada ən yaxşı məşqçilərdən biridir. Mənim, bu klub haqda heç vaxt mənfi fikirlərim olmayıb. Mən sadəcə deyirəm ki, biz, “Barsa”yıq, onlardan fərqlənirik. “La Masiya” (“Barselona”nın idman akademiyası – redaktorun qeydi), yerli ab-hava. Burada hər şey özünəməxsusdur. Mən heyəti nəzərdə tuturam, kütləvi informasiya vasitələri bütün bunlar haqda danışmalıdırlar”, – “Sport.es” dərgisi Flikin şərhindən sitat gətirir.

28 oyundan 63 xalla “Barselona” İspaniya La Liqasının yarış cədvəlinin zirvəsində qərarlaşıb. 29 oyundan eyni miqdarda xal toplamış “Real” isə 2-ci pillədən “blauqrana”nı daban-daban təqib edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: