PSJ Avropanın top-5 liqalarında ən uzun məğlubiyyətsiz səfər seriyası ilə bağlı “Milan”ın 1993-cü ildə müəyyənləşdirdiyi rekordu təkrarlayıb.
Arena.az bu barədə “Squawka”ya istinadən məlumat verir.
Xatırladaq ki, “Milan”ın seriyası 38 matçdan ibarət idi. Paris təmsilçisi bu rekordu 32 ildən sonra təkrarlayıb. Frana nəhəngi 38 oyunda 30 qələbə qazanıb, 8 heç-heçə edib.
Bu arada PSJ-nin qapıçısı Matvey Safonov Fransa nəhənginin Liqa 1 çempionluğunun evdə rəsmilşəməyini istədiyini bildirib. Rusiyalı qapıçının müvafiq fikrini təqdim edirik:
“İstəyirəm ki, bu hadisə ev oyununa təsadüf etsin ki, bu sevinci bütün stadionla paylaşa bilək”, deyə Safonov vurğulayıb.
Qeyd edək ki, PSJ hazırda 29 oyundan sonra 71 xalla Fransa çempionatının turnir cədvəlinin vahid lideridir. İkinci yerdə 50 xalla “Monako” qərarlaşıb. İlk “üçlüy”ü 49 xalla Marsel “Olimpik”i tamamlayır.


