Fransa nəhəngi PSJ-nin baş məşqçsisi Luis Enrike yayda ABŞ-da baş tutacaq klublararası dünya çempionatının tərtibatı haqda söhbət açıb.
Arena.az PSJ-nin rəsmi saytına istinadən, ispan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Bu, azarkeşlərə də maraqlı olacaq bir tərtibatdır. Düşünürəm ki, bu yarış dünyanın ən yaxşı komandasını müəyyənləşdirəcək. Amma biz hələ klublararası dünya çempionatı haqda düşünmürük. Bizim bütün diqqətimiz qarşıdakı oyunlara gönəlib. Biz Fransanı təmsil edəcəyik, bu isə əlavə ilham mənbəyi olacaq, həmçinin bütün dünya üçün istiqamət müəyyənləşdirəcək”, deyə Luis Enrike vurğulayıb.
Xatırladaq ki, yayda ABŞ-da keçiriləcək FIFA Klub Dünya Kuboku ilk dəfə olaraq 32 komandanın iştirakı ilə baş tutacaq. Yarış iyunun 14-də başlayacaq, iyulun 14-də isə başa çatacaq.


