Avroliqa: 1/4 final mərhələsinə start verilir

Bu gün futbol üzrə Avropa Liqasında (Avroliqa) 2024/2025-ci illər mövsümünün 1/4 final mərhələsinə start veriləcək.

Arena.az xəbər verir ki, bütün oyunlar eyni günə təsadüf edəcək.

İtaliyanln “Latsio” komandası Norveçdə “Bodo Qlimt”in qonağı olacaq. İspaniyanın “Atletik” komandası isə səfərdə Şotlandiya “Reyncers”i ilə qarşılaşacaq.

İngiltərə təmsilçisi “Tottenhem” evdə Almaniyanın “Ayntraxt” (Frankfurt) komandası ilə üz-üzə-gələcək. İngiltərənin digər təmsilçisi “Mançester Yunayted” isə səfərdə Lion “Olimpik”inin (Fransa) qonağı olacaq.

Avroliqada 1/4 final mərhələsinin cavab qarşılaşmaları aprelin 17-də keçiriləcək.

Avropa Liqası
1/4 finalın ilk oyunları
10 aprel

20:45. “Bodo Qlimt” (Norveç) – “Latsio” (İtaliya)
23:00. “Tottenhem” (İngiltərə) – “Ayntraxt” (Almaniya)
23:00. “Olimpik” (Lion, Fransa) – “Mançester Yunayted” (İngiltərə)
23:00. “Reyncers” (Şotlandiya) – “Atletik” (İspaniya)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: