Bu gün futbol üzrə Avropa Liqasında (Avroliqa) 2024/2025-ci illər mövsümünün 1/4 final mərhələsinə start verilib.
Arena.az xəbər verir ki, bütün oyunlar eyni günə təsadüf edib.
İtaliyanın “Latsio” komandası Norveçdə “Bodo Qlimt”in qonağı olub və 2 cavabsız qolla uduzub. İspaniyanın “Atletik” komandası isə səfərdə Şotlandiya “Reyncers”i ilə qarşılaşıb. Bu görüşdə qapılara qol vurulmayıb.
İngiltərə təmsilçisi “Tottenhem” evdə Almaniyanın “Ayntraxt” (Frankfurt) komandası ilə üz-üzə-gəlib. Tərəflər ilk oyunda hərəyə 1 qolla kifaytələniblər.
İngiltərənin digər təmsilçisi “Mançester Yunayted” isə səfərdə Lion “Olimpik”inin (Fransa) qonağı olub. Dörd qolluq bu qarşılaşma da bərabəriklə yekunlaşıb.
Avroliqada 1/4 final mərhələsinin cavab qarşılaşmaları aprelin 17-də keçiriləcək.
Avropa Liqası
1/4 finalın ilk oyunları
10 aprel
“Bodo Qlimt” (Norveç) – “Latsio” (İtaliya) 2:0
Qollar: Saltnes, 47; 69.
“Tottenhem” (İngiltərə) – “Ayntraxt” (Almaniya) 1:1
Qollar: Porro, 26 – Ekitike, 6.
“Olimpik” (Lion, Fransa) – “Mançester Yunayted” (İngiltərə) 2:2
Qollar: Almada, 26. Şerki, 90+5 – Yoro, 45+5. Zirkze, 88.
“Reyncers” (Şotlandiya) – “Atletik” (İspaniya) 0:0


