Azərbaycan Basketbol Liqasında (ABL) 2024/25 mövsümünün pley-off mərhələsində çıxış edəcək bütün komandaların adlarına aydınlıq gəlib.
Arena.az xəbər verir ki, son çempion “Sabah”ın da rəqibi bəlli olub.
Rimas Kurtinaytisin komandası pley-in mərhələsində “Sumqayıt”ı mübarizədən kənarlaşdırmış “Sərhədçi” ilə münasibətlərə aydınlıq gətirəcək.
Bu gün 3-cü görüşdə qələbə qazanan “Abşeron” isə “Naxçvan”a rəqib olub.
Xatırladaq ki, daha əvvəl “Neftçi”nin “Ordu”, “Şəki”nin isə “Gəncə” ilə qarşılaşacağı dəqiqləşmişdi.
Azərbaycan Basketbol Liqası
Pley-off mərhələsi
“Neftçi” – “Ordu”
“Sabah” – “Sərhədçi”
“Abşeron” – “Naxçıvan”
“Şəki” – “Gəncə”


