Safonov: “Uduzub, mərhələ adlamağa sevinmək qəribədir”

PSJ-nin 26 yaşlı rusiyalı qapıçısı Matvey Safonov Paris klubunun UEFA Çempionlar Liqasının yarımfinalına çıxmasını şərh edib.

Arena.az rusiyalı qapıçının müvafiq açıqlamasını təqdim edir:

“Məğlub olaraq yarımfinala çıxmağımıza sevinmək çox qəribədir, amma bu, əsasdır! Məncə, biz növbəti dəfə işimizi çətinləşdirdik. Yarımfinala vəsiqə münasibətilə bütün azarkeşlərimizi təbrik edirəm!”, deyə Safonov vurğulayıb.

PSJ-nin 24 yaşlı gürcü sol cinah hücumçusu Xviça Kvaratsxeliya da Paris klubunun, UEFA Çempionlar Liqasının 1/4 finalında səfərdə “Aston Villa”ya məğlubiyyətini şərh edib:

“Rəqib fəal hücum edir və uzun ötürmələrə bel bağlayırdı, bu da bizə çoxlu fəsadlar yaradırdı. Amma əsas olan bizim yarımfinala çıxmağımızdır”, deyə “Kvara” vurğulayıb.

Xatırladaq ki, yarışın 1/4 finalında Parisdə “Aston Villa” üzərində 3:1 hesablı qələbə qazanmış PSJ, Birmingemdə 0:2 hesablı üstünlüyünü əldən verib 2:3 hesabı ilə məğlub olsa da, ümumi hesabın nəticəsinə (5:4) görə yarımfinala adlayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: