Basketbol: “Abşeron” “Naxçıvan”dan revanş aldı

Kişilər arasında təşkil olunmuş Azərbaycan Basketbol Liqasında (ABL) bu gün pley-off mərhələsinin daha bir oyunu keçirilib.

Arena.az xəbər verir ki, Bakı İdman Sarayında “Abşeron” və “Naxçıvan” kollektivləri üz-üzə gəlib.

Görüş birincilərin 85:79 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında baş tutan ilk matçda “Naxçıvan” (88:83) qalib gəlmişdi.

Bununla da seriyada bərabərlik yaranıb. Yarımfinala yüksələcək kollektivin adına üçüncü qarşılaşmadan sonra aydınlıq gələcək.

Xatırladaq ki, daha əvvəl “Sabah”, “Neftçi” və “Şəki” yarımfinala vəsiqə qazanmışdı.

Azərbaycan Basketbol Liqası
Pley-off mərhələsi, 2-ci oyun

22 aprel

“Abşeron” – “Naxçıvan” 85:79 (10:21, 20:20, 31:21, 24:17)
Bakı İdman Sarayı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: