Bu gün futbol üzrə İtaliya Kubokunda 2024/2025-ci illər mövsümünün yarımfinal mərhələsinin cavab oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
“Bolonya” doğma meydanda “Empoli” ilə üz-üzə gəlib. İlk oyunda 3 cavabsız qolla qalib gəlmiş bolonyalılar cavab görüşündə də bu rəqibini yenərək həlledici oyuna vəsiqə qazanıblar.
Qeyd edək ki, turnirin digər yarımfinal cütündə “Milan” əzəli rəqibi “İnter”i mübarizədən kənarlaşdırmaqla finala yüksəlmişdi.
İtaliya Kubokunda cari mövsümün qalibi mayın 14-də keçiriləcək final qarşılaşmasında bəlli olacaq.
İtaliya Kuboku
Yarımfinalın cavab oyunları
23 aprel
İnter – Milan 0:3
Qollar: Yoviç, 36; 49. Reynders, 85.
İlk oyun – 1:1.
24 aprel
Bolonya – Empoli 2:1
Qollar: Fabbian, 7. Dallinqa, 86 – Kovalenko, 33.
İlk oyun – 3:0.


